Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 3 paralimpiyaçısı mübarizə aparacaq.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, noyabrın 17-də start götürəcək mübarizəyə paraatletikanın nüvə itələmə və disk atma növlərində Samir Nəbiyev F57 kateqoriyasında qatılacaq.
Parapauerliftinqdə isə Ceyhun Mahmudov ilə Zəhra Dadaşova yüngül çəki kateqoriyasında çıxış edəcəklər.
Paraatleti yarışa baş məşqçi Oleq Panyutin, parapaeurliftinqçiləri isə məşqçi Taleh Məhərrəmov çıxaracaq.
Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.







































































