1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağır Atletika Federasiyasının prezidenti ölkə başçısı ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib. Sportnet.az-ın məlumatına görə, ölkəmizdə və paytaxt Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan ötən səfərindən keçən iki il müddətində şəhərimizin daha da gözəlləşdiyinin şahidi olduğunu bildirib.
Azərbaycanın artıq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkana çevrildiyini qeyd edən qonaq bu münasibətlə təbriklərini çatdırıb. Tomaş Ayan ötən il Bakıda I Avropa Oyunlarının ən yüksək səviyyədə keçirildiyini vurğulayıb. Bu ilin iyun ayında isə Bakının Formula 1 yarışlarına ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan T.Ayan bu yarışın bütün dünyada böyük maraqla izlənildiyini dedi, yarışları izləmək üçün Bakıya Avropa ölkələrindən çoxlu sayda turistlərin gələcəyini qeyd edib.
Dövlət başçısı Formula 1 yarışlarının böyük marağa səbəb olacağına əminliyini ifadə edib, bu məqsədlə ölkəmizə çoxlu sayda turistlərin gələcəyinə ümidvar olduğunu deyib.
Görüşdə Azərbaycanda idmanın ayrı-ayrı növlərinin, o cümlədən ağır atletikanın inkişafına dövlət səviyyəsində diqqət göstərilməsinin əhəmiyyəti vurğulanıb, ölkəmizin idman sahəsində beynəlxalq əməkdaşlıq işinə böyük töhfələr verdiyi qeyd olunub.