1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında ilk medal
15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
Sportnet.az-ın məlumatına görə, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.
Onlardan daha biri – Hüseyn İsmayılov yaşı 20-yə qədər olan kişilərin 94 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub.
İsmayılov birdən qaldırma hərəkətində 158 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb.
18 yaşlı atlet təkanla qaldırma hərəkətində 188 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü olub. O, toplam 346 kq (158+188) nəticə ilə Avropa çempionatında 3-cü yeri tutub.