1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramil Quliyev Ərdoğanın ona zəng etməsindən danışdı
"Çox xoşbəxtəm. Avropa çempionatında rekord göstərici oldu. Dünyada elə bir idmançı yoxdur ki, olimpiadada medal qazanmaq istəməsin. Biz də çox istəyir və çalışırıq. 2020-ci il Tokiyo Yay Olimpiya Oyunlarından medallarla dönəcəyimizə inanırıq”.
Sportnet.az xəbər verir ki, bunu Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa çempionu olan azərbaycanlı atlet Ramil Quliyev deyib.
Almaniyanın paytaxtı Belrində təşkil olunan yarışda 19,76 saniyəyə rekord göstərici ilə birinci yeri tutan 28 yaşlı sprinter Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona zəng vurmasından da danışıb: "Bizdən 4x100 metrə bayraq yarışında da medal gözlədiyini söylədi. İnşallah, bunu da edərik. Bizə diqqət yetirdiyi üçün prezidentə təşəkkür edirəm”.
Qeyd edək ki, Quliyev ötən il İngiltərənin paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.