
Bakıda keçirilən atletika üzrə 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində Azərbaycan yığması ilk medalı qazanıb. Sportnet.az-ın məlumatına görə, bu uğura qızlar arasında 3000 metr məsafəyə qaçış yarışlarında atletimiz Behafeta Hadiyes nail olub.
O, 3000 məsafəni 9 dəqiqə 34 saniyəyə qət edərək, yalnız almaniyalı Alina Rehdən 8 saniyə geri qalıb. Bununla da Hadiyes Nanjinq olimpiadasına lisenziya qazanıb.
Qeyd edək ki, bürünc medal finişə 9 dəqiqə 36 saniyəyə çatan rumıniyalı Mariya Maqdalena İfteniyə qismət olub.