
Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, idmançılar qarşıdakı beynəlxalq yarışlara hazırlıqlarını Emil Əliyevin rəhbərlik etdiyi məşqçilər heyətinin tapşırıqları əsasında davam etdirirlər. Yığma üzvləri lazımi şəraitlə təmin olunub. Göygöldəki toplanış iyunun 28-dək davam edəcək.
Buna qədər yığma komanda Sumqayıt Olimpiya İdman Kompleksi və Şüvəlandakı Ağır Atletika Akademiyasında toplanışda olub.