
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Avropa çempionu olub.
Sportnet.az xəbər verir ki, o, Polşanın Vrotslav şəhərində keçirilən yarışda qızıl medal qazanıb.
Lunyov standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birinci yeri tutub.
Qeyd edək ki, Ruslan Lunyov tanınmış olimpiya medalçımız İradə Aşumovanın oğludur.