Azərbaycanın ağırlıqqaldırma üzrə kişi və qadınlardan ibarət yığma komandalarının baş məşqçi postunda dəyişiklik baş verib. Sportnet.az-ın məlumatına görə, Miroslav Çoroşla Hafiz Süleymanov tutduqları vəzifədən istefaya göndəriliblər.
Polşalı mütəxəssisi dünya çempionu Nizami Paşayev, məşhur ağırlıqqaldıranlar nəslinin nümayəndəsini isə Xanlar Nəbiyev əvəzləyib.
Azərbaycan Ağır Atletika Federasiyası və mütəxəssislərin özləri ilə əlaqə saxlamaq mümkün olmayıb. Dəyişiklikləri dopinq və bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada 2 yığmanın birgə təlim-məşq toplanışı vaxtı baş vermiş qalmaqalla bağlılığı ehtimal olunur.