
Trek velosipedi üzrə Azərbaycan yığma komandasının üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində fəxri kürsə qalxıb.
Bu barədə Sportnet.az-a Azərbaycan Velosiped Federasiyasından məlumat verilib.
Sidorenko Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint yarışında bürünc medal qazanıb. Bu nəticə ilə Viktoriya Sidorenko aktivinə 80 reytinq xalı da əlavə edib.