1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rio-2016"ya daha bir lisenziya
Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvü Yelena Pavluxina 2016-cı il Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Sportnet.az-ın verilən məlumata görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Milli Olimpiya Komitəsinə və AVİF-ə təsdiq məktubu göndərilib.
Y.Pavluxina 4 illiyin zirvə yarışında ölkəmizi qadınlar arasında qrup yarışlarında təmsil edəcək.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, qadın velosipedçilər Yay Olimpiya Oyunları keçirilən il mayın 31-dək klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015 - 2016-cı illərdə Avropa və Asiyada bir sıra yarışlarda uğurla çıxış edən Yelena Pavluxina ümumilikdə 149 lisenziya xalı toplayıb ki, bu da Rio-de-Janeyroda qrup yarışlarında mübarizə aparacaq 67 velosipedçi sırasına düşmək üçün yetərli olub.
Bununla da Azərbaycan velosipedçilərinin olimpiadaya qazandıqları lisenziyaların sayı 4-ə çatıb. Maksim Averin və Yelena Pavluxina Braziliyada şosse velosipedinin qrup yarışlarında, Olqa İsmayılova isə trek velosipedinin sprint və keyrin növlərində ölkəmizin idman şərəfini qorumaq hüququ əldə ediblər.