Tanınmış jurnalist Pərviz Musayev Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat katibi vəzifəsini tərk edir.
Sportnet.az-ın məlumatına görə, bu barədə teleşərhçi özü açıqlama verib. O, başqa işə keçməyilə əlaqədar bu cür qərar qəbul etdiyini bildirib.
Musayev "CBC Sport"dakı fəaliyyətini isə davam etdirəcəyini vurğulayıb.
AzVİF-in mətbuat katibi işlərini müvəqqəti olaraq Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidməti aparacaq.