2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına sambo növü də salınacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Həvəskar Sambo Federasiyasının prezidenti Vasili Şestakov açıqlama verib.
Şestakov bildirib ki, mayın əvvəllərində Bakıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşdə bu idman növünün də Oyunların proqramında yer almasına dair ilkin razılıq əldə olunub. Yekun qərar isə yayda "Bakı-2015" Təşkilat Komitəsinin iclasında qəbul olunacaq.
Qeyd edək ki, danışıqlarda Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev və Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da iştirak edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |