İtaliya milli komandasının heyətində dəyişiklik edilib. Sportnet.az-ın məlumatına görə, "Yuventus"un yarımmüdafiəçisi Andrea Pirlo Azərbaycan və Malta ilə AVRO-2016-nın seçmə qrup matçlarına dəvət alıb.
35 yaşlı futbolçu "Milan"ın xaçabənzər əzələlərindən problemləri olan orta xətt oyunçusu Cakomo Bonaventuranı əvəzləyib. Bununla da DÇ-2014-dəki uğursuzluqdan sonra milli karyerasını başa vurduğunu açıqlayan Pirlo baş məşqçi dəyişikliyindən sonra qərarını geri götürüb. O, Çezare Prandellini əvəzləyən Antonio Kontenin rəhbərliyi altında yığmada oynamağa razılıq verib.
Qeyd edək ki, İtaliya yığması millimizi oktyabrın 10-da Palermoda qəbul etdikdən 3 gün sonra Maltanın qonağı olacaq. Andrea Pirlo "Skuadra Adzurra"nın heyətində ilk oyununu 2002-ci il sentyabrın 7-də məhz komandamıza qarşı keçirib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |