UEFA-nın klub turnirlərində maraqlı statistika qeydə alınıb.
Sportnet.az xəbər verir ki, bu mövsüm Avropa futbolunun üç əsas klub turnirinin finallarında ispan baş məşqçilər yer alacaq.
Avropa Liqasının finalında “Rayo Valyekano”nun çalışdırıcısı İniqo Peres komandası ilə həlledici görüşə çıxacaq. Konfrans Liqasında isə “Aston Villa”nın baş məşqçisi Unai Emeri finala yüksəlib.
Çempionlar Liqasının finalında isə iki ispan mütəxəssis üz-üzə gələcək. Belə ki, “Arsenal”ın çalışdırıcısı Mikel Arteta ilə PSJ-nin baş məşqçisi Luis Enrike kubok uğrunda mübarizə aparacaq.





















































































