"Borussiya"nın müdafiəçisi Niklas Süle mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb.
Sportnet.az xəbər verir ki, 30 yaşlı oyunçu qərarını “Hoffenhaym”la matçda aldığı zədədən sonra verdiyini bildirib.
O, mümkün çarpaz bağ zədəsi qorxusunun və üçüncü dəfə ağır reabilitasiya keçmək ehtimalının onu bu addımı atmağa məcbur etdiyini deyib.
Almaniyalı futbolçu karyerası ərzində “Hoffenhaym”, “Bavariya” və “Borussiya Dortmund”da çıxış edib.
Qeyd edək ki, Niklas Süle 5 dəfə Bundesliqa çempionu olub, 2 dəfə Almaniya Kubokunu və 1 dəfə UEFA Çempionlar Liqasını qazanıb. O, həmçinin Almaniya millisinin heyətində 49 oyuna çıxıb.

















































































