Sierra Leone milli komandasının sabiq futbolçusu İbrahim Karqbo "Bakı"ya qayıtmaq istəyi ilə müraciət edib. Bu barədə Sportnet.az-a klub prezidenti Hafiz Məmmədovun müşaviri Tunc Afşar məlumat verib.
Afşarın sözlərinə görə, hazırda İngiltərənin "Suindon Taun" klubunda çıxış edən 32 yaşlı dayaq yarımmüdafiəçisi ona yenidən paytaxt klubunun şərəfini qorumağa hazır olduğunu deyib. Öz növbəsində müşavir klubun vitse-prezidenti Yaşar Seyidovu məlumatlandırıb: "Karqbo mənə müraciət etmişdi, mən də Seyidova çatdırdım. Son qərarı klub prezidenti Hafiz Məmmədov verəcək".
Qeyd edək ki, İbrahim Karqbo 2010 - 2013-cü illərdə "Bakı"nın formasını geyinib. Karqbo bu ilin iyulunda danışılmış oyunlarda şübhəli bilinərək, daha 3 futbolçu, o cümlədən, "Rəvan"ın sabiq hücumçusu Samuel Barlayla birgə Sierra Leone millisindən kənarlaşdırılıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |