
Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı və yeri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, tədbir 2015-ci il iyulun 25-də baş tutacaq.
Mərasim Sankt-Peterburqda təşkil olunacaq. Püşk nəticəsində dünyanın müxtəlif qitələri üzrə seçmə mərhələ iştirakçıları qruplara bölünəcək. Azərbaycan millisinin Avropa zonası üzrə qrupdakı rəqibləri də məhz bu tədbirdə məlum olacaq.