AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının üzvü Melis Sarıaltının qondarma Kürdüstan dövləti və PKK lideri Abdullah Öcalanın şəkli olan bayraqla "Kobaniyə dəstək" mitinqinə qatılmasına münasibət bildirib. Nərimanoğlu Sportnet.az-a açıqlamasında yığmanın futbolçunun hər hansı tanınmamış dövlətin bayrağı ilə aksiyaya qatılmasını düzgün hesab etmədiyini bildirib.
"Bəs Sarıaltına qarşı hər hansı tədbirin görüləcəkmi?" sualını isə AFFA rəsmisi belə cavablandırıb: "Hazırda əsas millimizin AVRO-2016-nın seçmə qrup mərhələsindəki oyunu ilə əlaqədar Xorvatiyadayıq. Bakıya qayıdandan sonra bu barədə danışarıq".
Qeyd edək ki, Melis Sarıaltın 14 yanvar 1996-cı ildə Türkiyənin Tunceli vilayətinin Dersim şəhərində anadan olub. "Facebook" profilindəki qeydlərinə əsasən, o, hazırda Almaniyanın Köln şəhərində yaşayır. Sarıaltın əvvəlcə Azərbaycanın 17 yaşadək yığmasının heyətinə cəlb olunub. Yeniyetmə futbolçu U-17 millimizdə ilk rəsmi matçını 30 sentyabr 2011-ci ildə Avropa çempionatının seçmə oyununda Ukraynaya qarşı keçirib. Daha sonra yarımmüdafiəçi Azərbaycanda 17 yaşadək qızlar arasında keçirilmiş dünya çempionatında da iştirak edib. Bu ildən isə o, U-19 millimizdə çıxış etməyə başlayıb. Ötən ay Sarıaltın Avropa çempionatının seçmə oyunlarında Ukrayna, Danimarka və Kiprə qarşı forma geyinib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |