Antonio Konte İtaliya millisinin baş məşqçisi olmağa yaxındır.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, təcrübəli mütəxəssis mövsümün sonunda "Napoli" ilə yollarını qarşılıqlı razılıq əsasında ayıracaq.
Neapol klubunun prezidenti Aurelio De Laurentiis ilə Konte arasında ayrılıq qərarı hələ aprelin ortalarında keçirilən görüşdə qəbul olunub.
Mənbənin məlumatına görə, mütəxəssis bazar günü “Piza” üzərində qələbədən sonra komandadan ayrılacağına işarə etsə də, klub hələlik bunu rəsmi açıqlamayıb.
İddialara əsasən, Konte İtaliya Futbol Federasiyasında iyunun 22-də keçiriləcək prezident seçkilərindən sonra yığmanın baş məşqçisi təyin olunacaq.
Eyni zamanda, Mauritsio Sarri hazırda “Napoli”nin baş məşqçi postuna əsas namizəd hesab olunur. Namizədlər sırasında Massimiliano Alleqrinin də adı çəkilir.








































































