Türkiyə Super Liqası təmsilçisi “Beşiktaş” yeni mövsüm öncəsi qapıçı transferi üçün Filip Yörgenseni yenidən gündəminə gətirib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi danimarkalı qolkiperlə bağlı daha əvvəl də danışıqlar aparsa da, transfer baş tutmamışdı. Buna səbəb isə həmin dövrdə “Çelsi”də yaşanan baş məşqçi dəyişikliyi olmuşdu.
Komandanın yeni çalışdırıcısı Rosenior futbolçunun ayrılığına razı olmadığı üçün keçid reallaşmamışdı. Lakin mütəxəssisin vəzifəsindən ayrılmasından sonra “Beşiktaş” rəhbərliyi yenidən hərəkətə keçib.
Bu mövsüm “Çelsi”də cəmi 10 oyunda forma geyinən 23 yaşlı qapıçının uzun sürən zədədən sonra daha çox oynaya biləcəyi komandaya keçmək istədiyi bildirilir. Yörgensenin də “Beşiktaş” variantına müsbət yanaşdığı qeyd olunur.


















































































