
8 klub Azərbaycan Kubokunda iştirakdan imtina edib. Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.
Hüseynovun sözlərinə görə, həmin klublar I divizionda yer alan "Göyəzən", "Energetik", "Şəmkir", "Şuşa", "Turan Tovuz", "Kəpəz", "Bakılı" və "Mil-Muğan"dır. PFL rəsmisi imtina səbəbindən xəbərsiz olduğunu bildirib: "Biz bütün klublara ölkə kubokunda iştirak üçün müraciət edirik. Onlar da qatılıb-qatılmayacaqlarını deyirlər. İştirak etməmə səbəbini özləri bilirlər".
Beləliklə, Azərbaycan Kubokunda Premyer Liqadakı 10 klubdan əlavə, I diviziondakı 16 komandanın yarısı mübarizə aparacaq. Hüseynov püşkatma sistemində heç bir dəyişikliyin edilməsini də əlavə edib.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunun qalibi adına "Neftçi" layiq görülüb.