"Xorvatiyanı təbrik edirəm. Hesab oyuna görə oldu. Bir komanda futbol oynayır, digəri isə buna fiziki baxımdan hazır deyildi”. Bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Xorvatiyaya 0:6 hesablı məğlubiyyətlə başa çatan oyundan sonra deyib.
O, biabırçı məğlubiyyətin səbəblərini açıqlayıb: "Komandam 3 gündən bir oynaya bilmir. Klublar Avroliqada oynadıqdan sonra fasilə edirlər. Bu da yığma üzvlərinə təsir göstərir. Mənim menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz” (apasport.az).

Foqtsun bu açıqlaması dolayısı ilə millimizdən istefa verdiyi anlamına gəlir.