UEFA Avropa Liqasında final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərindəki "Tüpraş" stadionunda təşkil olunmuş görüşdə Almaniyanın "Frayburq" və İngiltərənin "Aston Villa" komandaları üz-üzə gəlib.
Fransalı referi Fransua Leteksyenin idarə etdiyi matç "Aston Villa"nın qələbəsi ilə yekunlaşıb - 3:0.
Qolları Yuri Tilemans 41-ci, Emiliano Buendia 45+3-cü və Morqan Rocers 58-ci dəqiqədə vurub.
Beləliklə, "Aston Villa" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub. Bunadək Birmingem təmsilçisi 1981/1982 mövsümündə Çempionlar Kubokunun (hazırkı Çempionlar Liqası), 1982-ci ildə UEFA Super Kubokunun, 2001 və 2008-ci illərdə isə İntertoto Kubokunun qalibi olub.
Baş məşqçi Unai Emeri isə 6-cı avrokubok finalında 5-ci qalibiyyətini əldə edib. Əvvəllər ispaniyalı mütəxəssis üç dəfə (2013/2014, 2014/2015, 2015/2016) "Sevilya" ilə, bir dəfə "Vilyarreal"la (2020/2021) Avropa Liqasının qalibi olub. O, yalnız İngiltərə "Arsenal"ına rəhbərlik etdiyi vaxt - 2018/2019 mövsümündə Bakı Olimpiya Stadionunda keçirilmiş Avropa Liqasının final qarşılaşmasında "Çelsi"yə məğlubiyyət acısı yaşayıb - 1:4.
-----------------------
Bu gün Türkiyənin İstanbul şəhəri UEFA Avropa Liqasının final matçına ev sahibliyi edəcək.
Sportnet.az-ın məlumatına görə, Almaniyanın "Frayburq" və İngiltərənin "Aston Villa" komandaları arasındakı görüş "Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Tüpraş" stadionunda təşkil olunacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşmanı fransalı referi Fransua Leteksye idarə edəcək.
"Frayburq" ilk dəfə qitəmiqyaslı turnirin finalında çıxış edəcək. "Aston Villa" isə artıq 1981/1982 mövsümündə Çempionlar Kubokunun (hazırkı Çempionlar Liqası) qalibi olub.
Almaniya təmsilçisinin baş məşqçisi Yulian Şuster zədəli futbolçu Yuito Suzukinin xidmətindən yararlana bilməyəcək. Onun rəqib həmkarı Unay Emerinin sərəncamındakı oyunçulardan yalnız Amadu Onananın matçda iştirakı sual altındadır.
UEFA Avropa Liqası
Final
20 may
23:00. "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə) - 0:3
Qollar: Yuri Tilemans, 41. Emiliano Buendia, 45+3. Morqan Rocers, 58
Baş hakim: Fransua Leteksye (Fransa)
Yan xətt hakimləri: Siril Munye, Mehdi Rahmuni (Fransa)
Dördüncü hakim: Alexandro Hernandes (İspaniya)
VAR hakimi: Jerom Brisar
VAR hakiminin köməkçisi: Dennis İqler (Fransa)
İstanbul (Türkiyə), "Tüpraş" stadionu.


















































































