Fransa Liqa 1 təmsilçisi “Nant”ın aşağı liqaya düşməsi rəsmiləşib.
Sportnet.az xəbər verir ki, XXXIII turda “Lans”a 0:1 hesabı ilə uduzan komanda elitada qalmaq şansını tam itirib.
23 xalla 17-ci pillədə qərarlaşan “Nant” aşağı liqa zonasından çıxmaq üçün lazım olan xal fərqini bağlaya bilməyib və “Metz”dən sonra Liqa 1-lə vidalaşan ikinci klub olub.
2013-cü ildə Fransa yüksək liqasına yüksələn “Nant” 13 ildən sonra yenidən Liqa 2-yə düşüb. Mart ayında komandanın baş məşqçisi təyin olunan Vahid Halilhodziç də klubu elitada saxlaya bilməyib.
“Lans” isə bu qələbədən sonra çempionluq uğrunda mübarizəsini davam etdirib. Komanda növbəti həftə təxirə salınmış oyunda PSJ ilə üz-üzə gələcək.



















































































