
Azərbaycan milli komandasının son 4 oyunda üzləşdiyi ardıcıl məğlubiyyətlər bəzi maraqlı məqamlarla "göz oxşayır". Sportnet.az-ın məlumatına görə, millimiz 41 gün ərzində qapısından 14 qol buraxıb.
Bu oyunlardan 2-də üst-üstə 10 qol buraxan komandamız qalanlarında eyni hesabla uduzub. Yığmamız indiyədək heç vaxt belə zaman kəsiyində bütün oyunlarını məğlubiyyət və bu qədər qolla başa vurmayıb.
Digər tərəfdən, millimizin rəsmi oyunlarda 3 günlük intervalla 2 oyuna ilk dəfə 10 qola üzülüb. Düzdür, millimiz Fransa ilə qarşılaşmada qapısında 10 qol görüb. Amma bu, cəmi 1 oyunda baş verib və sonrakı qarşılaşma 3 gündən sonraya təsadüf etməyib.
Millimizin 41 günə buraxdığı 14 qol:
3 sentyabr. Yoldaşlıq görüşü. Rusiya - Azərbaycan - 4:0
9 sentyabr. AVRO-2016. Seçmə oyun. Azərbaycan - Bolqarıstan - 1:2
10 oktyabr. AVRO-2016. Seçmə oyun. İtaliya - Azərbaycan - 2:1
13 oktyabr. AVRO-2016. Seçmə oyun. Xorvatiya - Azərbaycan - 6:0.
Qeyd edək ki, 6 top fərqi ilə məğlubiyyət Berti Foqtsun yığmamıza rəhbərlik etdiyi dövrdə rəsmi matçlarda ilk dəfə baş verib.