Gənclər və İdman Nazirliyi 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Melis Sarıaltının qondarma Kürdüstan dövlətinin və PKK lideri Abdullah Öcalanın şəklinin əks olunduğu bayraqla Almaniyadakı mitinqə qatılmasına münasibət bidirib. Nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov Sportnet.az-a açıqlamasında olaya kəskin reaksiya verib.
Onun sözlərinə görə, Sarıaltın idmana yaraşmayan, idman siyasətinə uyğun gəlməyən bir hadisə törədib: "Bəli, mən bunu hadisə kimi qiymətləndirirəm. Əlbəttə, hardasa hansısa bir bayraq nümayiş etdirirsə, buna necə münasibət bildirmək olar? Təbii ki, bunu qətiyyətlə pisləyirəm. Mən bunu qəbul etmirəm. Bu, idmançılardan, idman siyasətindən uzaq məsələ olduğundan, nazirlik olaraq, bu addımı pisləyir və qəbulolunmaz hal hesab edirik".
Futbolçunun millimizdən uzaqlaşdırılma məsələsinə gəldikdə, Rəhimovun fikrincə, bu, sonrakı məsələdir: "Belə məsələlərlə bağlı qərar qəbul etmək mənim səlahiyyətimdə deyil. Bu, yığmanın məşqçiləri, AFFA rəhbərliyinin və İcraiyyə Komitəsinin səlahiyyətindədir. Baxacağıq görək hansı halda onu uzaqlaşdırmaq olar".
Qeyd edək ki, Melis Sarıaltın 14 yanvar 1996-cı ildə Türkiyənin Tunceli vilayətinin Dersim şəhərində anadan olub. "Facebook" profilindəki qeydlərinə əsasən, o, hazırda Almaniyanın Köln şəhərində yaşayır. Sarıaltın əvvəlcə Azərbaycanın 17 yaşadək yığmasının heyətinə cəlb olunub. Yeniyetmə futbolçu U-17 millimizdə ilk rəsmi matçını 30 sentyabr 2011-ci ildə Avropa çempionatının seçmə oyununda Ukraynaya qarşı keçirib. Bu ildən isə o, U-19 millimizdə çıxış etməyə başlayıb. Ötən ay Sarıaltın Avropa çempionatının seçmə oyunlarında Ukrayna, Danimarka və Kiprə qarşı forma geyinib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |