Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş veteranlar arasında minifutbol turnirinin mükafatlandırılma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftahətdinova, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov və digər rəsmi şəxslər təqdim ediblər.
Final oyununda “Milli”yə penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn “Qarabağ” komandasına kubok və qızıl medallar təqdim olunub. Gümüş medallar isə “Milli” kollektivinə verilib.


































































































