İngiltərənin "Çelsi" klubu baş məşqçi postuna Xabi Alonsonun təyin olunduğunu açıqlayıb.
Sportnet.az "zadəganlar"ın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq.
Tərəflər arasında imzalanan müqavilənin müddəti 4 il nəzərdə tutulub.
Klubun açıqlamasında Xabi Alonsonun zəngin təcrübəsi, məşqçilik keyfiyyətləri, oyun modeli, liderlik xüsusiyyətləri, xarakteri və dürüstlüyünün bu qərarın verilməsində əsas amillərdən biri olduğu vurğulanıb.
“Onun təyinatı klubun Xabi Alonsonun geniş təcrübəsinə, məşqçilik keyfiyyətlərinə və oyun modelinə olan inamını əks etdirir. Liderlik bacarıqları, xarakteri və dürüstlüyü mütəxəssisdən “Çelsi”nin inkişafının növbəti mərhələsinə rəhbərlik etməsini xahiş etmək qərarında əsas rol oynayıb”, – deyə klubun bəyanatında bildirilib.














































































