Ötən il cüdo üzrə Azərbaycan millisi komandasında Bitiyev soyadı ilə çıxış etmiş Vaxtanq Okruaşvili Gürcüstan yığmasının üzvü kimi yarışa buraxılmayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Cüdo Federasiyası (İJF) qərar qəbul edib.
100 kq-dan yuxarı çəkidə yer alan Okruaşvilinin Qazaxıstanın paytaxtı Astanadakı Qran Pridə tatamiyə çıxmasına icazə verilməyib. Qərarın nədən qaynaqlandığı rəsmən açıqlanmır. Amma Gürcüstanın "Msoplio Sporti" nəşrinə məlum olub ki, bu, Okruaşvilinin cəmi 1 il öncə millimizdə çıxış etməsi ilə əlaqədardır. İdmançı bir ölkədən başqa ölkənin yığmasına keçmək üçün ən azı iki il gözləməlidir. Baxmayaraq ki, Bitiyevin Gürcüstan millisinə qayıtmasına Azərbaycan tərəfi razılıq verib. Amma görünür, ötən müddətdə bəzi formallıqları yoluna qoymaq mümkün olmayıb.
Qeyd edək ki, Vaxtanq Okruaşvili Azərbaycan milli komandasına Gürcüstan yığmasının sabiq baş məşqçisi Peter Zayzenbaherin başçılıq etdiyi vaxt cəlb olunub. O, 100 kq-dan yuxarı çəkidə Bitiyev soyadı ilə 2013-cü ildə bir sıra nüfuzlu yarışlara, o cümlədən, Avropa çempionatına qatılıb. Amma nəticələri elə də yaxşı olmadığından, ötənilki dünya çempionatından kənarda qalıb. İndi isə Bitiyev Gürcüstan millisinin heyətinə qayıdaraq, Okruaşvili soyadı ilə mübarizə aparmaq istəyir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |