
"Açığı bəzi mətbu orqanları, bəzi jurnalistlər "reket"çiliklə məşğuldur. Ancaq etiraf edim ki, mərd jurnalistlər də az deyil". Sportnet.az-ın məlumatına görə, bunu "Bakı"nın prezidenti Hafiz Məmmədov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, mərd jurnalistlər kluba ağır günlərində dəstək olublar və təmənna güdmədən "Bakı”dan yalan məlumat yazmayıblar: "Həmin mətbuat nümayəndələrinə təşəkkür edirəm. Mətbuata dəstək verməyə həmişə hazırıq və sağlam rəqabət aparan mətbuata dəstəyimizi davam etdirəcəyik. Bu vəziyyətə düşməyimiz jurnalistikada, futbolda, həyatda, işdə dostumuzu-düşmənimizi bizə tanıtdı".