"Qarabağ" və "Qəbələ" komandaları Topaz Premyer Liqasının VIII tur matçından sonra sürpriz addım atıblar. Sportnet.az-ın məlumatına görə, hər iki komanda oyunun ardından elə Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb.
Futbolçular təqribən 15 dəqiqəlik qaçışla kifayətləniblər. Bu addımın Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun klublarda şikayətləndiyi fiziki hazırlığı yüksəltmək məqsədi daşıyıb-daşımadığı bilinmir.
Qeyd edək ki, oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |