"İnter"in prezidenti "Simurq"la qardaş klub adlandırılmalarına dair heç bir faktın olmadığını vurğulayıb. O deyib ki, iki komanda arasındakı oyunçu mübadilələri son 3 ildə ümumiyyətlə olmayıb: "Əgər "İnter" və "Simurq" arasında oyunçu mübadilələrini nəzərdə tutursunuzsa, son 3 ildə bu halı müşahidə etmisinizmi? Samir Zərgərov? Onunla müqaviləmiz çoxdan bitmişdi. Zərgərov əvvəlcə "Sumqayıt"la danışıqlar apardı. Maliyyə məsələləri onu qane etmədi. "Simurq"a danışıqlar oldu, şərtləri bəyəndiyi üçün bu kluba keçdi. Poladov qardaşlarına gəlincə, Elşən bizdədir, Ruslan isə "Sumqayt"ın səhv eləmirəmsə kapitanıdır. Belə çıxır ki, "Simurq"un "Sumqayıt"la da yaxınlığı var?! Futbolçular hansı komandaya istəsələr, keçə bilərlər. Müqavilələri bitir, başqa kluba gedirlər. Bu, normal haldır. "Simurq"un heç bir oyunçusu bizdə yoxdur".
Qeyd edək ki, bu gün "İnter Arena"da keçiriləcək qarşılaşma saat 18:00-da başlanacaq.