1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Miron Markeviç: "Qarabağ"ın 2 müxtəlif heyəti var"
Ukrayna "Dnepr"inin baş məşqçisi Miron Markeviç Avropa Liqasının III turunda üz-üzə gələcəkləri "Qarabağ" barədə danışıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis "football.ua"ya açıqlamasında "Qarabağ"ın pis komplektləşmədiyini bildirib.
Markeviçin fikrincə, Ağdam komandasının 2 müxtəlif heyəti var: Biri ölkə çempionatında, digəri Avropa Liqasında oynayır: "Bu iki turnirdə komandanın heyətində xeyli dəyişiklik baş verir. Çoxlu braziliyalı futbolçuları da var. Rəqimiz Avroliqanın "pley-off"unda kifayət qədər güclü komandanı - Hollandiya "Tvente"sini üstələyib. Bu isə "Qarabağ"ın yaxşı formada olmasından xəbər verir. Komanda qrupdakı ilk oyunda "Sent-Etyen"lə heç-heçə oynadı. Amma o oyunda qalib gələ bilərdi. Sonra isə "İnter"ə səfər matçında uduzdu. Halbuki bu oyunda "İnter"in elə fürsətləri yox idi".
Roman Zozulyadan başqa bütün futbolçuların formada olduqlarını deyən baş məşqçi "Qarabağ"la qarşıdakı oyunlardan maksimum xal almalarının gərəkliyini vurğulayıb: "Əlbəttə, istərdik ki, maksimum xal alaq. Aydındır ki, sabahkı matç turnir baxımından müəyyənedici olacaq".
Qeyd edək ki, "Dnepr"lə "Qarabağ" arasında Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək matç oktyabrın 23-də yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 24 oktyabr saat 00:05-də) start götürəcək.