– Belə təsəvvür yaranırdı ki, "Dnepr"in oyunçularının motivasiyası Avropa Liqasından çox Ukrayna çempionatınadır...
– Çempionatda komandam daha həvəslidir, amma Avropa Liqasında... Ola bilsin, bu, onunla bağlıdır ki, evimizdə oynamırıq. Belə nəhəng, amma boş stadionda oynayırıq. Əlbəttə, istərdim ki, komandamız oyuna elə çıxsın ki, bir nömrəli olsun. Amma "Qarabağ" bu gün qalib gəlməyi daha çox istəyirdi.
– "Dnepr"in Bakıdakı şanslarını necə dəyərləndirirsiniz?
– Bakıdakı oyunadək "Volın"la ölkə kubokunda təkrar 1/8 finalda matçımız və çempionatda Kiyev "Dinamo"su ilə oyunumuz var. Hazırda bunlar bizim üçün əsas oyunlardır. Bakıya nə vaxt getsək, baxarıq.
– "Qarabağ" Sizdə necə təsir bağışladı? Bu komandanı hansı klubla müqayisə edərdiniz?
– Bir oyuna görə mühakimə yürütmək çətindir. "Qarabağ" mütəşəkkil, xoş təsir bağışlayır. Deyə bilərəm ki, bu gün pis oynadıq. "Qarabağ" isə müdafiədə savadlı çalışaraq, bizə heç nə etməyə imkan vermədi. Onlar öz anlarını tutdular. Bu komanda xoşuma gəldi.
– Rəqibi qiymətləndirməmə halı oldu?
– Ola bilsin. Qiymətləndirmədilər, hərçənd xəbərdarlıq etmişdik ki, "Qarabağ" yaxşı komandadır, "Sent Etyen"i udmalı idilər.
– Nəyə görə vahid kollektiv ola bilmədiniz?
- Mən paltardəyişmə otağında onlara dedim ki, vahid kollektiv oyunu yox idi. Çalışacağıq ki, bu, olsun.
- Oyunçularınız heç də həmişə "feyr-pley"ə əməl etmirdilər. Bunu necə şərh edərdiniz?
– Zədə həqiqətən varsa, bu, dərhal görünür. Oyunçular sadəcə, yıxılaraq, hakimə baxırlarsa, o, fit çalmır və oyun davam edir. Belə epizodların sonuncusuna baxın: "Qarabağ" topu çölə çıxarmadı, bizimkilər də çıxarmadı. İdman mübarizəsi olmalıdır.