
"Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 3:2 hesablı qələbə qazandıqları "Xəzər Lənkəran"la görüşdən sonra deyib.
O, komandasının sonadək mübarizə apardığını vurğulayıb: "Rəqibimiz yaxşı, bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda "İnter”ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq”.