1996-cı ildə Belarusun ən yaxşı futbolçusu seçilmiş Vladimir Makovski karyerasının Bakı "İnter"i ilə bağlı dövrünü xatırlayıb. Sportnet.az-ın məlumatına görə, sabiq hücumçu "bankirlər"in heyətində ikən üzləşdiyi olayı nəql edib.
O, hazırda "Kəpəz"də çıxış edən qapıçı Davud Kəriminin "İnter"in bazasındakı otağını yandırdığını bildirib: "Cənublular ümumiyyətlə, maraqlı insanlardırlar. Azərbaycan mənim xoşuma gəldi. Bizə yaxşı münasibət göstərirdilər. Bazada yaşayırdıq. Orada iki "qanad" var idi. Birindi komandanın ikinci qapıçısı olurdu. Adı Davud (Davud Kərimi - red.) idi. Bir dəfə o, məşqdən öncə corablarını kaloriferin üzərinə qurutmağa qoymuşdu. Amma götürməyi unutmuşdu. Məşqdən qayıdanda görürük ki, pəncərədən tüstü çıxır. Corablar yanmışdı. Onunla birgə də otaqda nə vardısa, hamısı".
Qeyd edək ki, Vladimir Makovski qardaşı Mixail Makovski ilə birgə 2005-ci ildən 2006-cı ilin yayınadək "İnter"də çıxış edib. V.Makovski "bankirlər"in heyətində 52 oyuna 11 qol vurub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |