1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Miron Markeviç: "Ümid edirik ki, "İnter" Bakıda uduzmayacaq"
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasında növbəti mərhələyə yüksəlmə şanslarını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis son turda həm özlərinə, həm də İtaliya "İnter"inə inanacaqlarını bildirib.
O deyib: "Əlbəttə, evdə Fransa "Sent-Etyen"ini udmalı və "İnter"in "Qarabağ"a ən azı uduzmayacaqlarına ümid etməliyik. Həm özümüzə, həm də "İnter"ə ümid edəcəyik".
Qeyd edək ki, "Dnepr" V turda "İnter"ə İtaliyada 1:2 hesabı ilə uduzub. Amma Ukrayna təmsilçisi nə 28-ci dəqiqədə Yevgeni Konoplyankanın ifasında penaltidən, nə də 47-ci dəqiqədən sonra əldə etdikləri say üstünlüyündən yararlana bilib.