 Peşəkar Futbol Liqası (PFL) və Topaz-ın birgə təşkilatçılığı ilə idman jurnalistlərinin Zaqatala şəhər stadionunda "Simurq" və "Qarabağ" arasındakı oyuna səfəri zamanı viktorina keçirilib. Sorğunun qalibi Sportnet.az-ın əməkdaşı Məcid Həsənli olub.

Əməkdaşımız oyunun 3:2 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatacağını deyən yeganə jurnalist olub. Bununla da Həsənli 1000 manat pul mükafatına layiq görülüb. 
Sportnet.az olaraq, əməkdaşımızı təbrik edir, PFL və Topaz-a idman jurnalistlərini öz peşə fəaliyyətlərinə stimullaşdıran layihələr və ən əsası, bölgələrdəki oyunlara səfərlərini təmənnasız təşkil etdikləri üçün minnətdarlığımızı bildiririk. 