1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Petevlə danışıqları bərpa etdi - EKSKLÜZİV
"Qəbələ" klubu yayda baş məşqçi postuna gəlişi son anda alınmayan İvaylo Petevlə yenidən danışıqlara başlayıb. Bu barədə Sportnet.az-a bolqarıstanlı mütəxəssislə əvvəlki danışıqlarda vasitəçilik etmiş, amma adının hallanmasını istəməyən tanınmış menecerlərdən biri məlumat verib.
Onun sözlərinə görə, hələ ötən ay yığma komandaların oyunları ilə əlaqədar yaranmış fasilə vaxtı Petev "Qəbələ"nin baş meneceri Zaur Əzizovla əlaqə saxlayaraq, komandaya gəlmək istədiyini bildirib. O, həmin ərəfələrdə Kiprin AEL klubundan yenicə istefa veribmiş. Amma Azərbaycan təmsilçisinin rəhbərliyi Dorinel Muntyanuya bir müddət də vaxt verməyi münasib sayıb. Bununla belə, Petev variantının üstündən birdəfəlik xətt də çəkilməyib.
Elə 39 yaşlı mütəxəssis də Bolqarıstan yığmasından gələn dəvəti məhz "Qəbələ"dən xəbər gözlədiyi üçün müsbət cavablandırmağa tələsmir. Muntyanunun istefasından sonra danışıqların intensivləşəcəyi, hətta Petevin "qara-qırmızılar"ın sükanı arxasına keçəcəyi gözlənilir.
Öz növbəsində Əzizov Sportnet.az-a açıqlamasında gənc mütəxəssislə bir müddət öncə telefon söhbətinin olduğunu təsdiqləyib. Lakin o, Petevlə "Qəbələ"yə baş məşqçi vəzifəsini təklif etmək üçün yox, başqa məsələ üçün əlaqə saxladığını bildirib: "Petevə mən zəng etmişdim. Amma məqsədim ondan bir futbolçu barədə bilgi almaqdan ibarət idi. Baş məşqçi postuna dəvət edilməsinə dair xəbərlər həqiqətə uyğun deyil".
Qeyd edək ki, "Qəbələ" rəhbərliyi ötən mövsümün sonunda Yuri Syominin istefasının ardından İvaylo Petevlə ilkin razılığa gəlib. Lakin Petev son anda gözlənilmədən Kipr AEL-i ilə müqaviləsini uzadıb. Bunun ardından Azərbaycan təmsilçisi Dorinel Muntyanu ilə danışıqları bərpa edib və rumıniyalı mütəxəssislə iyunun 15-də 1 illik müqavilə bağlayıb. Muntyanu ötən gün öz ərizəsi ilə istefaya göndərilib.