"Klublar Komitəsi Peşəkar Futbol Liqası ilə eyni funksiyaları daşımayacaq". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Klublar Komitəsinin sədri Tuyqun Nadirov deyib.
O bildirib ki, PFL yarışların təşkilatçılığı, oyunçuların qeydiyyatı kimi texniki məsələlərlə məşğul olur. Klublar Komitəsi isə hansısa məsələni müzakirə edərək, İcraiyyə Komitəsinə təqdim edəcək: "Məsələn, legioner limiti, AFFA-nın hər hansı komitəsinin işinə qiymətin verilməsi bizim səlahiyyətimizdədir. Biz texniki məsələlərə baxmırıq. PFL isə yarışların keyfiyyətinə cavabdehdir. Açıq deyim: sabah hər hansı yarışın təşkilində keyfiyyət sarıdan hər hansı problem ortaya çıxsa, Klublar Komitəsinin haqqı var ki, PFL prezidentini həmin iclasa dəvət etsin, ya ona şikayət etsin, ya da iradını bildirsin".
Nadirovun sözlərinə görə, belə şikayət və iradları Ramin Musayev də qəbul edir və normal qarşılayır: "Bu da futbolun inkişafına xidmət edən bir şeydir. Bu, Musayevin səlahiyyətlərini öz aramızda bölməyimiz anlamına gəlmir".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |