
Avropa Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "İnter" matçında referi Miroslav Zelinkanın qeydə almadığı qola vətəni Çexiyadan da sərt reaksiya verilib. Sportnet.az-ın məlumatına görə, həmkarlarımız Zelinkanın Çexiya çempionatında da kobud səhvlərə yol verdiyini xatırladıblar.
Həmin səvlər üzündən baş hakim bir neçə dəfə cəzalandırılıb. 2012-ci ildə ölkə çempionatının 26-cı turunda  "Mlada Boleslav" ilə "Sparta Praqa" matçında spartalıların qapıçısına əllə oyuna görə qırmızı vərəqə göstərməməsi və digər səhvlərə görə cəza almış referi, cəmi 4 oyunda meydana çıxmaq şansı olub. 
Yazılarda hakimə qarşı münasibətə diqqət yetirəndə ölkəsində elə də uğurlu hakim sayılmayan Zelinkanın, artıq FİFA-da da nüfusunu itirdiyi bildirilib.









                 





    
    
    
    
    
    
    
    
    























































