
Bildiyiniz kimi "Qarabağ" Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində "İnter"lə keçirilən oyun barədə UEFA-ya şikayət etmişdi. Ancaq görünür UEFA rəsmi açıqlama kimi olasa da öz cavabını artıq bildirib. Sportnet.az-ın məlumatına görə, bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq.
Qitənin ali qürumunun rəsmi saytı püşkdə iştirak edəcək komandaların adlarının yer aldığı fotonu yayımlayıb. Fotoda "Qarabağ"ın yox, Ukrayna təmsilçisi "Dnepr"in adı yer alıb. Beləcə UEFA-nın "Qarabağ"la bağlı son qərarını verdiyini demək olar.