Dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Sportnet.az-ın "AzərTAc"a istinadən məlumatına görə, Azərbaycan prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib. Sonra mükafatlandırma mərasimi olub.