
"Bu gün gənc futbolçuların sərgilədiyi oyuna görə sevincliyik. Penaltiyə qədər yaxşı mübarizə apardıq, üstün oynadığımızı düşünürəm". Sportnet.az-ın məlumatına görə, bunu "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIX tur qarşılaşmasından sonra deyib.
O, hakimlərdən xahiş edib ki, penalti epizodlarında diqqətli olsunlar: "Mən demirəm ki, qapımımıza penalti təyin olunmasın. Penalti varsa, versinlər. Gənc komandanı penaltidən sonra toparlamaq çətindir. Amma ümumi oyundan razıyam".










































































