1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın vəkili: "... ya matç təkrarlanacaq, ya da qol sayılacaq"
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə dekabrın 11-də Bakıda keçirdiyi oyunda sayılmayan qolu ilə bağlı bütün dəlil və iddialar UEFA-ya təqdim olunub. Bu barədə Sportnet.az-a Azərbaycan klubunun vəkili Qürur Qaye Günal açıqlama verib.
O, fevralın 5-də Avropa futbol qurumunun Ağdam klubunun lehinə qərar çıxaracağına ümidli olduğunu bildirib: "İnanıram ki, ya matçın təkrarlanmasına, ya da qolun qeydə alınmasına dair qərar veriləcək. İnşallah, nəticə yaxşı olar. Mən ümidliyəm".
Qeyd edək ki, "İnter"lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçın 90+4-cü dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi qaydalar çərçivəsində qol vurub. Lakin çexiyalı baş hakim Miroslav Zelinka həmin epizodda ofsayd olduğunu iddia edərək, qolu saymayıb. Bununla da görüş 0:0 hesablı heç-heçə ilə nəticələnib və təmsilçimiz 1/16 finala yüksələ bilməyib. Halbuki qələbə təqdirində, "Qarabağ" qrup ikincisi kimi mərhələ adlayacaqdı.