1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Prosineçki Diniyevi təriflədi
Türkiyənin Antalya bölgəsində toplanışda olan futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti məşqinə çıxıb. Sportnet.az-ın Antalyada olan əməkdaşının verdiyi məlumata görə, hazırlıq prosesində cəmi 20 oyunçu iştirak edib.
Onlardan 2-si – qapıçılar Emil Balayevlə Andrey Popoviç, eləcə kapitan Rəşad Sadıqov ayrıca çalışıb. Futbolçular isinmə hərəkətlərindən sonra qruplara bölünərək, qısa ötürmələrlə futbol oynayıblar. Daha sonra onlar müxtəlif kombinasiyaları yerinə yetirməklə Balayev və Popoviçin qoruduğu qapıya hücumlar təşkil ediblər. Baş məşqçi Robert Prosineçki vaxtaşırı futbolçulara göstərişlərlə yanaşı, qısa istirahət verməyi də unutmayıb. Prosineçki yeni futbolçulardan Coşqun Diniyevin oyununu bəyəndiyini "Bravo, Coşqun!” deyə bir neçə dəfə büruzə verib.
Daha sonra komanda 2 yerə bölünərək, meydanın yarı hissəsində futbol oynayıb. Ardından künc zərbəsindən oyuna daxil edilən topun cərimə meydançasından uzaqlaşdırılması üzərində qurulan tapşırıq yerinə yetirilib. Prosineçki son tapşırıqlarını da verdikdən sonra məşq yekunlaşıb.
Qeyd edək ki, hazırlıq prosesini AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev də izləyib.