1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Mənə dedilər ki, oyunu verək" - MÜSAHİBƏ
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun Sportnet.az-a müsahibəsi
- Bu yaxınlarda Portuqaliyaya səfəriniz oldu. Azərbaycan futbolu, çempionatı ilə Avropa ölkəsinin fərqi nədir?
- Hamısı topla oynamağı xoşlayır. Texnika və taktiki futbola üstünlük verirlər. Böyük fərq ondadır ki, infrastruktur yüsək səviyyədədir. Hər klubun infrastrukturu çox yüksəkdir. "Pakuş Ferreyra"da iki gün ardıcıl uşaq futbolu turniri keçirdilər. Hər yaş qrupuna yüksək səviyyədə diqqət yetirilirdi. Yəni, həm geyim, həm yemək və digər baxımlardan yüksək xidmət göstərilir.
- Azərbaycan futbolu o səviyyəyə yüksələ bilmir. Kifayət qədər də vəsait ayrılır...
- Yeni mövsümdən limit 7+4 olacaq. İndi isə 6+5-dir. Uşaq 10 il əziyyətlə gəlib 19 yaşlı futbolçu olur. Limiti də dəyişirlər. Klubu illərlə ona xərc çəkir. Futbolçu o səviyyəyə çatanda, limit onun qarşısını kəsir. Deməli, onun və klubunun çəkdiyi 10 illik əziyyət itdi. Bu gün 6+5 sisteminin üstünlüyü var. İndi 5 azərbaycanlı oynayırsa, yeni sitemdə 4 olacaq və cavan nəsli itirəcəyik. 6+5 sistemi ilə "Neftçi" və "Qarabağ" Avropa Liqasının qrup mərhələsində oynayıbsa, bu, niyə dəyişilməlidir? İnkişaf üçün uşaq futboluna diqqət lazımdır.
- "Neftçi" ilə AZAL qarşılaşmasından öncə müxtəlif xəbərlər vardı. AZAL "Neftçi"yə xal verdi, indi isə...
- Guya "Neftçi" kuboku bizə verəcək? Mən satılmaz adamam. Mənə vaxtilə belə təkliflər olub. O vaxt biz Türkiyəyə Bakıda 0:1 hesabı ilə uduzduq. Böyük təzyiqlər vardı ki, biz bu oyunu verək.
- Kim təzyiq edirdi?
- Mən türkləri tanımıram, onların mənimlə nə işi olardı? Bizim bəzi millət vəkillərimiz vardı. Onlar deyirdilər ki, böyük qardaşlarımıza oyunu vermək lazımdır. Mən Azərbaycan adını heç vaxt sata bilmərəm. Bu gün istəyir ya klub olsun, ya da özüm, satılmıram və heç bir oyuna da girmirəm. Qarşıma məqsəd qoyulmayıb ki, çempion ol ya da kubok al. Hara qədər bacarırıqsa, gedəcəyik. Mən kiminləsə danışığa getmirəm.
- Müxtəlif baş məşqçilərin rəhbərlik etdiyi "Neftçi"yə rəqib olmusunuz. Fərq var?
- Onlar arasında fərq qoymaq istəmirəm. "Neftçi" yüksək səviyyədə təkmilləşmiş komandadır. Ola bilər ki, hardasa problemlər var. Arif Əsədovun öz dəsti-xətti var.
- "Neftçi" ilə kubok oyunu göstərdi ki, AZAL-da qolçu problemi var...
- İndi bir məsələ var. Əvvəl bu problem yox idi, yəni həm qol vururduq, həm də qapımızda top görürdük. İndi müdafiəni düzətmişik, ancaq hücumda problem yaranıb. Bu problem heç də oyunçu çatışmazlığından asılı deyil.
- Cavab oyununun Şüvəlanda olması AZAL-a kömək edəcək?
- 0:0 hesabı bizim üçün qorxuludur. Çünki "Neftçi"nin vuracağı bir qol onların üstünlüyü olacaq. Həmişə futbolçulara da demişəm. Mənim üçün bəhanə gətirməyin. Oynayan futbolçu, yerindən asılı olmayaraq öz oyununu göstərər.
- Bəlkə bizim futbolçularda peşəkarlıq çatışmır?
- Mən futbolçulara demişəm ki, nə istəyirsiniz edin. Amma meydana çıxanda bəhanə gətirməyin. Sabah oynaya bilməyəcəksə, adı siyahıdan çıxarılacaq və yenisi gələcək. Sonra gəlib deməsinlər ki, Tərlan müəllim, bu niyə belə oldu? Hər şey meydanda həll olunur.