1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Viktor Mendi: "Bu, heç də ürəkaçan nəticə deyil"
"Qəbələ" klubunun futbolçusu Viktor Mendi Azərbaycan Premyer Liqasının XXV turunda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri matçı şərh edib. Hər iki qolun müəllifi Sportnet.az-a açıqlamasında görüşün çətin keçdiyini bildirib.
Bununla belə, seneqallı hücumçu nəticədən razı qaldığını söyləyib: "Çətin oyun keçdi. İlk hissədə yaxşı oynadıq və 2 qol vurduq. İkinci hissədə isə əks-hücumlara bel bağladıq. Lakin qol vura bilmədik. Düşünürəm ki, 2:0 yaxşı hesabdır".
Mendi "Simurq"la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü və "İnter"lə Premyer Liqanın növbəti tur qarşılaşması barədə də danışıb: "Fikrimcə, hər iki matç bizim üçün çətin keçəcək. Xüsusən, evdə "Simurq"a 0:3 hesabı ilə uduzmuşuq. Bu, heç də ürəkaçan nəticə deyil. Lakin növbəti görüşlərdə də uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Viktor Mendi "Sumqayıt"ı 22-ci və 34-cü dəqiqədə vurduğu qollarla məyus edib. Bu qələbə "Qəbələ"ni 4-cü pilləyə yüksəldib.