
Topaz Premyer Liqasının XXVI turunun son oyununda "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze "Qəbələ"nin son dəqiqələrdə vurduğu qələbə topundan sonra texniki zonanı tərk edib. Sportnet.az-ın "İnter Arena"dakı əməkdaşının verdiyi məlumata görə, gürcüstanlı mütəxəssis final fiti səsləndirilməmişdən öncə paltardəyişmə otağına yollanıb.
Qeyd edək ki, oyun "İnter"in məğlubiyyəti ilə yekunlaşıb - 1:2.