
Braziliya çempionatının aşağı liqalarından birində "Jakuypense" və "Juazayrense" komandaları arasında keçirilmiş görüş zamanı futbolçu hakimi vurub. Sportnet.az-ın məlumatına görə, buna səbəb hakimin qonaq komandanın qapısına penalti təyin etməməsi səbəb olub.
Bundan qəzəblənən "Jakuypense"nin oyunçusu Meydson Masiel baş hakimin ayağına zərbə endiirib. Nəticədə referi yerə yıxılıb. O, ayağa durduqdan sonra futbolçunu cəzalandırıb. Masielin 12 ayadək diskvalifikasiyaya məruz qalacağı gözlənilir.
Qeyd edək ki, oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.










































































